Datadan Qərara: Kolleksiya Menecmenti və Transformativ Razılaşmaların (Transformative Agreements) Dəstəklənməsi
Jurnal kolleksiyaları və transformativ razılaşmalar haqqında dəqiq və doğru qərarlar almaq üçün istifadə statistikasından daha artıq bilgiyə ehtiyac var. Müvafiq təcrübi vebinarda, “Web of Science” və “InCites” platformaları üzərindən bir qurumun nəşr aktivliyi, tədqiqat təsiri və açıq əlyetərlik fəaliyyəti haqqında tamamlayıcı məlumatları təqdim edəcəyik.
İştirakçılar aşağıdakı mövzular haqqında məlumatlandırılacaq:
- Yerli tədqiqat nəticələrinə əsasən gərəkli jurnal və nəşrləri müəyyən etmək;
- Sitat göstəricilərinin və tədqiqat təsirinin təhlili;
- Transformativ razılaşmalar üzərindən Açıq Əlyetərlilik trendinin izlənilməsi;
- Daxili və xarici müzakirələri dəstəkləmək üçün qarşılaşdırma metodundan (Bençmarkinq) istifadə.
Sessiya, dəqiq nümunələrə əsaslanmaqla biblioqrafik datanın, iş axınına, hesabatlara və danışıqlara inteqrasiyasına yönəlik ən yaxşı təcrübələri işıqlandıracaq,eyni zamanda kitabxana kolleksiyalarını büdcə reallıqlarına və tədqiqat məqsədlərinə uyğunlaşdırmağa kömək edəcəkdir.